19 Temmuz 2013 Cuma

Itler haqqinda maraqli melumatlar

İnsanlar bir neçə kateqoriyaya ayrılır: it xoşlayanlar, pişik xoşlayanlar, hər ikisi üçün “ürəyi gedənlər” və insanların itlərə olan sonsuz, böyük sevgisini anlamayanlar... Etibarlı olmaqları ilə dillərdən düşməyən itlər sirlərlə dolu varlıqlardır və insanların yaxın dostudur. İtlərlə bağlı bir neçə praktik məsləhətləri oxusaq, heç də pis olmaz:

1. Tüklərini darayın. İtlərin çoxunun daranmaqdan xoşu gəlir. Həm “kürkü” sağlam olar, həm də aranızda daha gözəl münasibət yaranar.
2. İtlər də üşüyür. Onun qalın və sıx tüklərinin olması o demək deyil ki, soyuq qış havasında üşüməyəcək. Evin bağçasında onu “yuvasız” qoymayın.
3. Geyindirin. İtinizi (xüsusilə də tüksüz olan itləri) soyuqda uzun sürən gəzintiyə aparırsınızsa, geyindirilməsi məsləhətdir.
4. Ona bir az zaman ayırın. Gəzintiyə aparmaq fikriniz varsa, ona kifayət qədər vaxt ayırmalı, gündə ən azı iki dəfə gəzintiyə aparmalısınız.

5. Təlim vermək. İtinizə əmrləri əl hərəkətləri ilə öyrətsəniz, onun üçün asan olacaq.

6. Xaltasını çıxarmayın. İtinizin xaltası hər zaman boynunda olmalıdır. Xaltada itin adı, sahibinin (sahibəsinin) adı, əlaqə vasitələri qeyd olunsa, yaxşı olar.

7. Sizin nəvazişinizə ehtiyacı var. İtin sizə bağlanması üçün ona lazımi qədər nəvaziş və qayğı göstərin.

8. Birələrə qarşı mübarizə aparın. Arada çimizdirin və həkimin itinizə təyin etdiyi müalicə üsullarını unutmayın.

9. Dəmir qabla ehtiyatlı olun. Qışda dəmir qab dona bilər və itinizin dili qaba yapışar. Yay aylarında isə qab həddindən çox qızar və itin dili yana bilər.

Hiç yorum yok:

Yorum Gönder